12 C
Bakı
28 Mart 2026 14:23
Cəmiyyət

Hava şəraiti bir sıra fəsadlara yol açıb – FOTO – VİDEO

Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyinin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub.

 

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir.

Oxşar xəbərlər

Dərnəgüldəki yanğın iqtisadiyyatımızı yandırır: “Baku Steel Company” artıq dörd gündür işləmir

admin

Nazir müəllimlərə çağırış etdi: Səbirli olun, şikayətlərə baxılacaq

redaktor

Bakıdan Moskvaya uçan təyyarədə nə baş verib? – GƏRGİN ANLAR

redaktor