Cəmiyyət

Hava şəraiti bir sıra fəsadlara yol açıb – FOTO – VİDEO

Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyinin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub.

 

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir.

Oxşar xəbərlər

Görünən odur ki, Rövşən Nəcəfi Elxan Məmmədov, Elsad Nəsirov idarə edir.

admin

Əmək pensiyalarının orta aylıq məbləği 420 manatı keçəcək

redaktor

Azərbaycan diktaturasının xaricdəki cinayət maşını: SOCAR – I Hissə

admin