20 C
Bakı
24 İyun 2025 04:28
Cəmiyyət

“Uçan taksi”nin sürücüsü xəstəxanadan qovuldu

Atam Anar Nəcəfov müalicə aldığı Sabunçu Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb. Buna səbəb bir neçə gün əvvəl atamın yığılan pullarla bağlı açıqlama yaydığı videoda səsləndirdiyi fikirlər olub.

 

Tacxeber.com xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında sürücü Anar Nəcəfovun oğlu Elvin Nəcəfov deyib.

 

Onun sözlərinə görə, hazırda atasının durumu orta-ağırdır və o, özəl xəstəxanaya yerləşdirilib.

 

“Atam o videoya görə dövlət xəstəxanasından çıxarıldı. Videodan sonra xəstəxananın baş həkimi atama yaxınlaşıb video çəkdiyinə görə oradan çıxmalı olduğunu dedi. Bu səbəbdən atam hazırda Əhmədlidə yerləşən Diaqnoz Tibb Mərkəzinə yerləşdirilib, günü 250 manata müalicə alır. Əməliyyat üçün əlavə 10 min manat pul lazımdır. Əməliyyatdan sonra isə yeriyə bilməsi 50 faiz ehtimaldır. Hazırda 4-5 min manat pul yığılıb. 90-100 min manat pul yığılması isə şayiədir. Allah şahiddir”, – deyə o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Şiddət təbliğ edən OYUNLAR – Valideynlər uşaqlarına necə nəzarət EDİRLƏR?

redaktor

Allahşükür Paşazadənin qardaşı əsəbiləşdi: “Gedin işinizlə məşğul olun!”

redaktor

Eynulla Fətullayev AzTV-yə “ilişdi” – Qarşılıqlı ittihamlar

admin