23 C
Bakı
24 İyun 2025 11:20
Cəmiyyət

“Uçan taksi”nin sürücüsü xəstəxanadan qovuldu

Atam Anar Nəcəfov müalicə aldığı Sabunçu Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb. Buna səbəb bir neçə gün əvvəl atamın yığılan pullarla bağlı açıqlama yaydığı videoda səsləndirdiyi fikirlər olub.

 

Tacxeber.com xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında sürücü Anar Nəcəfovun oğlu Elvin Nəcəfov deyib.

 

Onun sözlərinə görə, hazırda atasının durumu orta-ağırdır və o, özəl xəstəxanaya yerləşdirilib.

 

“Atam o videoya görə dövlət xəstəxanasından çıxarıldı. Videodan sonra xəstəxananın baş həkimi atama yaxınlaşıb video çəkdiyinə görə oradan çıxmalı olduğunu dedi. Bu səbəbdən atam hazırda Əhmədlidə yerləşən Diaqnoz Tibb Mərkəzinə yerləşdirilib, günü 250 manata müalicə alır. Əməliyyat üçün əlavə 10 min manat pul lazımdır. Əməliyyatdan sonra isə yeriyə bilməsi 50 faiz ehtimaldır. Hazırda 4-5 min manat pul yığılıb. 90-100 min manat pul yığılması isə şayiədir. Allah şahiddir”, – deyə o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Abşeron İcra Hakimiyyətində əməliyyat: Saxlanılanlar var

admin

Talıbovlar Bodrumda iki oteli təcili satdı: Pullar hissə-hissə daşınıb

redaktor

Mahir Cavadov İranın dəstəyi ilə Azərbaycanda üsyan etmək planlayıb?

admin