11 C
Bakı
30 Mart 2026 00:37
İdman

“Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?

Son vaxtlar «Qarabağ»a təklif olunan hücumçuların sayı 14-ə çatıb.

 

Tacxeber.com xəbər verir ki, bir çox menecerlər tərəfindən adları təqdim edilmiş ön xətt oyunçularının siyahısının daha da genişlənməsi gözlənilir.

 

Burada Türkiyə, İspaniya, Niderland, Polşa, Belçika, Braziliya, Argentina, Fransa kimi Avropa və dünyanın bir sıra ölkələrinin çempionatında çıxış edən forvardlar yer alır.

 

Artıq onlardan 3-4 nəfərlə təmas qurulub. Qurban Qurbanov irəli zonaya ən azı iki transfer düşünür.

 

Baş məşqçinin niyyəti onlardan birini hücumun sivri ucunda, digərini isə onun arxasında oynatmaqdır.

 

«Köhlən atlar» yanvarda Olavio Juninyonu 5 milyon avro təzminat qarşılığında «Flamenqo»ya satıb. İyunda isə Redon Cica ilə yolların ayrılması gözlənilir.  (Sportinfo.az)

Tacxeber.com

Oxşar xəbərlər

Messi Honq-Konqda belə qarşılandı – FOTO

redaktor

“Bizə Santuş yox, yerli məşqçi lazımdır” – Ağasəlim Mircavadov

redaktor

“Kişi kimi uduzun, dovşan kimi yox” – Federasiya rəhbərindən milliyə sərt sözlər

admin