11 C
Bakı
30 Mart 2026 04:56
Dünya

Avropa ölkəsi LGBTİ-yə qarşı qərar verdi: Üz tanıma sistemi…

Avropa İttifaqı (Aİ) ölkəsi Macarıstanda LGBTİ+ tədbirləri və qürur yürüşləri qadağan edilib.

 

Tacxeber.comNTV-yə istinadla xəbər verir ki, Baş nazir Viktor Orban və onun sağ populist partiyası Fidesz tərəfindən dəstəklənən qanun layihəsi qəbul edilib.

 

Yeni qanun bu tədbirlərdə iştirak edənləri müəyyən etmək və cəzalandırmaq üçün üz tanıma sistemlərindən istifadə etməyə imkan verəcək.

 

Orban hökuməti yalnız iki cinsi tanıyır və digər cinsi kimlikləri qanuni olaraq rədd edir. Bu qanunun uşaqların fiziki, əqli və əxlaqi inkişafını qorumaq üçün qəbul edildiyi bildirilir.

 

Qanun layihəsinə insan hüquqları təşkilatları və müxalifət nümayəndələri arasında qarşı çıxanlar olub.

 

Viktor Orbanın bu siyasəti rusiyalı həmkarı Vladimir Putinin LGBTİ+ ilə bağlı qərarlarına bənzədilib və tənqid edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün ABŞ hökuməti işini dayandıra bilər

admin

Qadağa tətbiq olunmağa başlandı – Taksi qiymətləri kəskin bahalaşdı

redaktor

Qalib kim olacaq: İsrail, yoxsa HƏMAS? – Ekstrasens

admin