31 C
Bakı
13 Avqust 2025 17:01
Dünya

Tramp: Səndən 20 dəfə güclü birinə qarşı müharibə başlada bilməzsən

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ silahlarının alınması ilə bağlı təklifinə münasibət bildirib.

 

Tacxeber.com APA-ya istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evdə təşkil etdiyi mətbuat konfransında danışıb.

 

“O həmişə raket əldə etmək axtarışındadır. Baxın! Müharibəyə başlayanda siz qələbə çala biləcəyinizi bilməlisiniz, elə deyilmi? Sən səndən 20 dəfə güclü birinə qarşı müharibə başlada və kiminsə sənə raket verəcəyini ümid edə bilməzsən.”, – o deyib.

 

Tramp ilk prezidentliyi dövründə Ukraynaya “Javelin” raketlərini necə verdiyini xatırladıb. Onun sözlərinə görə, Ukrayna hərbçiləri palçığa batmış tanklarla ilk böyük döyüşdə məhz beləcə qalib gəliblər.

 

“Onları “Javelin”lərlə məhv etdilər. Belə bir deyim var ki, o vaxt Obama onlara çarpayı, Tramp isə Javelin verdi. Amma bu, heç vaxt olmamalı idi. Bu, əsl biabırçılıqdır. Şəhərlər dağıdıldı və ən əsası, milyonlarla insan öldü. Üç nəfərin ucbatından milyonlarla insan öldü. Bunlardan birincisi Putinin. İkincisi nə etdiyini bilməyən Bayden. Üçüncü isə Zelenski. Mənim işim isə bunu dayandırmağa çalışmaqdır.”, – deyə Tramp əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyəyə qeyri-qanuni yolla gələn immiqrant yerin altında yaşadı – VİDEO

redaktor

Vladimir Putin Avropada özünə yeni “oyun meydançası” tapıb – “Politico” nəşri

redaktor

General Sırski Donbasda: əsir düşə bilər

redaktor