Dünya

İranın hərbi təlimləri Azərbaycana qarşı yönəlibmiş

Xəbər verdiyimiz kimi, İran Ermənistanla birlikdə Azərbaycan sərhədi yaxınlığında üç günlük genişmiqyaslı hərbi təlim keçirdi.

Tacxeber.comxəbər verir ki, “Long War Journal”ın məlumatında bu təlimlərin Azərbaycana qarşı yönəldiyi əks olunub.

Qeyd olunub ki, hərbi təlimlərin keçirildiyi Norduz adlı ərazi Naxçıvan, Ermənistan və İranın kəsişməsində yerləşir.

Burada İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələrinin “Aşura” diviziyası İranı Azərbaycandan ayıran Araz çayı üzərinə müvəqqəti körpü atdı.

İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının əməliyyatlar üzrə komandirinin müavini Vəliola Mədəni bildirib ki, təlimlər sərhəd təhlükəsizliyini gücləndirmək və İranın qonşu ölkələrin ərazi bütövlüyünü qorumaq məqsədi daşıyır.

Məqalədə qeyd olunub ki, İran Azərbaycanla mübarizədə Ermənistanı dəstəkləyir. (Bakupost.az)

Tacxeber.com

Oxşar xəbərlər

Trampın portretinin ABŞ-ın Raşmor dağına həkk edilməsi TƏKLİF EDİLİR

redaktor

22 illik fəaliyyət – “Skype” niyə bağlanır?

admin

Hitlerin yanında onun kölgəsi olacaq qədər yaxın 3 nəfər…

redaktor