21 C
Bakı
12 Avqust 2025 03:08
Şou

“Mehriban mənim birinci və sonuncu sevgimdir” — Keçmiş ərindən aktrisaya etiraf (VİDEO)

Əməkdar artist Mehriban Xanlarova keçmiş həyat yoldaşı, müğənni Lalə Dadaşovanın oğlu Zaurdan danışıb.

 

Tacxeber.comAxşam.az-a istinadən xəbər verir ki, aktrisa “Bir gün” verilişində Zaurun həbsxanadan çıxdığını deyib. O bildirib ki, hazırda münasibətləri yaxşıdır.

 

Kamera qarşısında Zaura zəng edən M.Xanlarova “Deyirəm düşmən deyilik, inanmırlar. Dedilər, azadlığa çıxıb. Baxıram mənə mesaj da yazmısan” sözlərini söyləyib.

 

Zaur isə “Nə olsun ayrılmışıq, dostuq. Hər zaman qulluğundayam. İndi də deyirəm ki, Mehriban kimi kişi balası görməmişəm. O, başqa insandır. Mehriban mənim birinci və sonuncu sevgimdir. Amma birləşmək olmaz, bitib” sözlərini əlavə edib.

 

Qeyd edək ki, Zaur Xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur.

 

Tacxeber.com

Oxşar xəbərlər

Çılpaq fotosunu paylaşıb ərini təbrik etdi – Fotolar

redaktor

Məşhur tarzən ona 47 dəfə elçi göndərib

admin

“Fatimə məcburdur, üzr istəyəcək”

redaktor