21 C
Bakı
12 Avqust 2025 08:21
Dünya

Hulusi Akar: “Kimsə Azərbaycan və Türkiyəyə tərs baxa bilməyəcək”

Azərbaycan Prezidenti İlham Əliyev “yetər artıq” dedi, dövlət başçımız Rəcəb Tayyib Ərdoğan da “Azərbaycan yalnız deyil” dedi.

 

Tacxeber.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Milli (TBMM) Müdafiə komissiyasının sədri, keçmiş müdafiə naziri Hulusi Akar “X”də yazıb.

 

“44 günlük müharibədən sonra şanlı Azərbaycan bayrağı Şuşada, Qarabağda şərəflə dalğalanır. Artıq kimsə Azərbaycan və Türkiyəyə tərs baxa bilməyəcək. Gücümüzün fərqindəyik. Tək yumruq, tək ürək, tək ordu olaraq modernləşmə işlərini davam etdiririk. Eyni zamanda sülh deyirik, hüzur deyirik, sabitlik deyirik, diplomatiya deyirik, dialoq deyirik”, – o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahu əmr verməyə cəsarət etmir – Yerusəlim Post

admin

Gələcək istəyirsinizsə, bunu öyrənin!

redaktor

Bakıda kişi “lyuk”a düşdü – İki gündür tapılmır

redaktor