28 C
Bakı
12 Avqust 2025 18:59
Sağlamlıq

Vitamin C çatışmazlığı şəkər xəstələri üçün TƏHLÜKƏLİDİR

“Vitamin C çatışmazlığı xroniki xəstəliklərin, o cümlədən şəkərli diabetin kəskinləşməsinə səbəb və çəki itirməyə mane olur”.

Tacxeber.com xəbər verir ki, bunu, Rusiya Səhiyyə Nazirliyinin Endokrinologiya Mərkəzinin dietoloqu Viktoriya Demidova qeyd edib.

“Əslində, vitamin C – tibbin “köhnə dostu”dur. Alimlər onu 100 il əvvəl kəşf etsələr də, bu vitaminin sağlamlıq üçün yeni və vacib xüsusiyyətlərini hələ yeni tapırlar.

 

Vitamin C sadəcə soyuqdəymədən qorumur. Bu vitamin yağların parçalanmasına kömək edir, kollagen sintezində iştirak edir və hüceyrə yaşlanmasını sürətləndirən müxtəlif xəstəliklərin inkişafına səbəb olan oksidləşmə stresinə qarşı mübarizə aparır. Vitaminin çatışmazlığı həmçinin, metabolizmin yavaşlamasına, piylənmə riskinin, həmçinin ürək-damar və onkoloji xəstəliklərin yaranma riskinin artmasına səbəb olur, — deyə Demidova izah edib.

 

Bundan əlavə o, gündəlik böyüklər üçün vitamin C dozasının 75-90 mg olduğunu da vurğulayıb. (Saglamolun.az)

Tacxeber.com

Oxşar xəbərlər

Qadınların dəri səthi stress altında spirt buraxır – Araşdırma

redaktor

“Toppuş bacı”ya tətbiq olunan immunoterapiya xərçəngi tam sağaldır? – Onkoloqdan AÇIQLAMA

admin

Reflüksün öhdəsindən gəlməyin sadə yolları

redaktor