23 C
Bakı
24 İyun 2025 13:03
Sağlamlıq

Bu peşə beyin üçün ən təhlükəlisidir

Böyük Britaniyada aparılan araşdırma göstərib ki, polis əməkdaşları digərlərlə müqayisədə iki dəfə çox kəllə-beyin travması (KBT) alma riski daşıyır.

 

Tacxeber.com xəbər verir ki, bu travmalar həmçinin onlarda posttravmatik stress pozuntusuna (PTSP) səbəb olur. 617 polis üzərində aparılan tədqiqatda iştirak edənlərin 38 faizi həyatlarında ən azı bir dəfə KBT yaşayıb, 61 faizi isə bir neçə dəfə bu problemlə qarşılaşıb.

 

Araşdırma göstərib ki, xidmət zamanı KBT alan hər beş polis əməkdaşından biri PTSP əlamətləri daşıyır – bu da emosional gərginlik, günahkarlıq hissi və sosial münasibətlərdə çətinliklərlə müşayiət olunur. Polislər arasında xroniki baş ağrısı, yuxusuzluq və diqqət zəifliyi kimi problemlər də yayğındır.

 

Mütəxəssislər bu travmaların uzunmüddətli fəsadlar törətdiyini və polis əməkdaşlarına davamlı psixoloji dəstək və tibbi nəzarətin vacib olduğunu bildirirlər. Onların fikrincə, idmançılar üçün tətbiq olunan sarsıntı protokollarına bənzər sistem polislər üçün də yaradılmalı, diaqnostika və yardım bir-birini tamamlamalıdır. (BAKU.WS)

Tacxeber.com

Oxşar xəbərlər

Bu qidaları ağzınıza da atmayın: Çiy yeyildikdə öldürür

redaktor

1 dəfə dəmləmədə məlhəm olan pişikotu – EVDƏ MÜALİCƏ ÜSULU

redaktor

Kürək, bel ağrılarında MRT lazımsızdır, ağrı yenə davam edəcək – Məşhur həkim

redaktor