25 C
Bakı
11 Avqust 2025 01:23
Dünya

Binəli Yıldırımdan iRAD: “Niyə türk dilində danışmırsınız?”

“Mən türk dilində danışacam. Türk dünyası nə üçün xarici dildə danışmalıdır?”

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Türkiyənin sabiq baş naziri, sabiq parlament sədri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Antalya Diplomatik Formunda çıxışı zamanı bildirib.

“Türk dünyasının ortaq dil məsələsi hələ də öz həllini tapmayıb. Burada bir problem var. Bir -birimizlə türk dilində danışmalıyıq. Dildə, fikirdə, işimiz də bir olmalıdır. Niyə indiyə qədər bunu müzakirə edirik?  Türk dövlətləri indi müstəqildirlər. Dil eyni olarsa, burada əlaqələr möhkəmlənər. Sovet sistemi dağıldıqdan sonra Türk dövlətləri özünə, kökünə döndü. Onlardam ən birinci Azərbaycan oldu. Müstəqil olduqdan sonra çox inkişaf etdi. Türk Dövlətləri Təşkilatı Türk akademiyası, dil qurumları və dünya alimləri bir araya gəldilər.

 

Çalışdılar, sonunda latın qrafikalı 34 hərfdən ibarət əlifba ortaya çıxardılar”.

Oxşar xəbərlər

İsrailin hücumu zamanı daha çox rəsmi şəxs öldürülüb

redaktor

Azərbaycanın qovduğu fransız diplomatlar casus olub

redaktor

The Washington Post: Ukrayna Putinin qırmızı xətlərini yenidən keçir və o, heç bir reaksiya göstərmir

redaktor