Hadisə

“Sudurqa” tutub, ayağı qazda qalıb” – Qəza törədən sürücünün qohumundan açıqlama

 

Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. “Bolt” şirkətinin taksisi kənar yoldakı beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzadan sonra sosial şəbəkələrdə sürücü, 1974-cü il təvəllüdlü Anar Nəcəfovla bağlı müxtəlif iddialar irəli sürülüb.

 

Tacxeber.com xəbər verir ki, məsələ ilə bağlı “Unikal”a açıqlama verən sürücünün qohumu Allahverdi Xanəliyev hadisənin baş vermə səbəbini açıqlayıb:

 

“Anar Nəcəfov yaşlı və xəstə adamdır, imkansızlıqdan taksi sürməyə başlamışdı. Cəmi 1-2 gün idi ki, taksidə işləyirdi. Maşın şirkətə məxsus olub.

 

Avtomobili idarə edən zaman onu qıcolma (sudurqa) tutub, ayağı qazda qalıb. Bu səbəbdən də qəza törədib. Onun hər iki ayağı sınıb.

 

Borclarını qaytara bilməməsi səbəbindən məhkəmənin qərarı ilə Anar Nəcəfovun ayağına Bakı şəhərini tərk etməməsinə görə elektron qolbaq taxılmışdı”, – deyə o qeyd edib.

 

Xatırladaq ki, qəzada xəsarət alan sürücü Anar Nəcəfov və sərnişin Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Ofeliya Məhərrəmova: “Rəis dedi ki, Sevinc təcridxanadakı əcnəbilərin seçkilərdə səs verdiyini yaydığı üçün cəzalandırılır”

admin

76 min manatı dələduzluqla ələ keçirən şəxs saxlanıldı

admin

Qadın uzun müddət sürən zökəmdən sonra burunsuz qalıb – FOTO/VİDEO

redaktor