24 C
Bakı
26 Sentyabr 2025 14:56
Cəmiyyət

Gədəbəydə stadionu şumladılar: kartof əkəcəklər — FOTOLAR

Gədəbəy rayonunda mərkəzi stadionu şumlayıblar.

Modern.az-ın məlumatına görə, bu barədə Gədəbəydən olan idman jurnalisti Anar Şabanoğlu məlumat yayıb.

“Yəqin görüblər ki, futbolçu yetişdirə bilmirlər, fikirləşiblər ki, bəlkə kartof yetişə.

Uşaqlığım bu stadionda keçib. Hava qaranlıqlaşana, göz topu görməyənə kimi futbol oynayırdıq”, – deyə jurnalist şumlanan stadionla bağlı xatisəini bölüşüb.

O xatırladıb ki, vaxtilə oyunlarını bu stadionda keçirən Gədəbəyin “Narzan” klubu Azərbaycan çempionatının I Liqasında çıxış edib.

“Bu stadionda bir çox tanınmış futbolçular, o cümlədən Zaur Tağızadə OİK-in heyətində qol vurmuşdu.

Şəhərin ən azı 2-3, kəndlərin hərəsinin ən azı 1 komandası olurdu. Rayon çempionatı keçirilirdi.

Sonra dedilər Fazil Məmmədov (keçmiş vergilər naziri-red.) stadionu alıb. Stadionu bağladılar, heç kimi buraxmadılar.

Nəhayət, deyəsən “təyinatı üzrə” istifadə etməyə başlayıblar.

İndi AFFA-dan soruşsan, deyəcəklər bizim balansımızda deyil, Gənclər və İdman Nazirliyi deyəcək biz bilmirik, İcra Hakimiyyətindən də soruşsan başqa bir sözlə yola verəcəklər.

Amma deyilənə görə stadionun torpağı özəlləşdirilməyib. Yəni, bu edilən özbaşınalıqdı.

Sonra deyirik ölkədə niyə futbol yoxdu…”, – jurnalist təəssüflə qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

30 il sonra geydirmə millətə çevriləcəksiniz – Şair od püskürdü – VİDEO

redaktor

Kombi aparatları partlaya bilər? – VİDEO

redaktor

Kəlmeyi şəhadətini deyib ölümə hazırlaşdı, qəzadan sağ çıxdı – VİDEO

redaktor