11 C
Bakı
29 Mart 2026 12:14
Cəmiyyət

Bakıda restoranda administrator müştərinin kartından oğurluq etdi

 

Restoranda müştərinin bank kartından oğurluq edən administrator saxlanılıb.

 

Tacxeber.com APA-ya istinadla xəbər verir ki, hadisə Suraxanı rayonunda yerləşən restoranların birində qeydə alınıb. Restoranda yemək yeyən şəxs hesabı kartla ödəmək istədiyini bildirib. Restoranın administratoru isə onlarda post-terminalın olmadığını deyib və pulu yaxınlıqdakı bankomatdan çıxarmaq üçün müştəridən kartını ona verməsini istəyib. Müştəri isə maddi vəsaiti çıxarmaq üçün bank kartını və şifrəni administratora verib. Sonradan zərərçəkən kartından ödənişlə birlikdə ümumilikdə 1006 manatının çıxarıldığını aşkar edib. Zərərçəkənin şikayətindən sonra əməli törədən restoranın administratoru – 42 yaşlı G.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Etiraz dalğası: Dağıstan bütün Qafqazı “alovlandıracaq”

admin

“Onlar şimalda yaşayan ərəblərdir” Aqşin Yenisey

admin

Ağ və sarı yumurta arasında nə fərq var? – Maraqlı izah

redaktor