16 C
Bakı
27 Sentyabr 2025 20:24
Hadisə

Ayağında elektron qolbaq var imiş…

Xəbər verdiyimiz kimi, Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.

 

Tacxeber.com xəbər verir ki, “Qafqazinfo” qəzaya səbəb olan avtomobilin sürücüsü ilə bağlı bəzi məlumatları əldə edib.

 

Əldə etdiyimiz məlumata görə, “BYD” markalı avtomobilin sürücüsünün ayağında elektron qolbaq olub. Onun azadlığı Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən (dələduzluq) məhdudlaşdırılıb.

 

O da məlum olub ki, sürücü avtomobili başqa bir şəxsin adından qeydiyyatdan keçərək idarə edib.

 

Qeyd edək ki, bu cür hallar “Bolt” şirkətində tez-tez rast gəlinir. Belə ki, bir çox hallarda sərnişinlər taksi sifariş edərkən tətbiqdə göstərilən avtomobil və sürücü ilə rastlaşmırlar ki, bu da bir sıra narazılığa səbəb olub.

Tacxeber.com

Oxşar xəbərlər

Neftçalalılar Tənzilə Rüstəmxanlını istəmir – Şəhid analarını öz murdar oyunlarınıza alət etməyin!

admin

9 beynəlxalq təşkilat AbzasMedia ilə bağlı bəyanat veriblər

admin

Rəşad Dağlının qonşusunu öldürmə səbəbi bəlli oldu

admin