Dünya

Ukraynaya məxsus qırıcı Rusiya komandanlığının artilleriya alayının qərargahını məhv edib

Ukraynaya məxsus qırıcı təyyarə Xerson vilayətində Rusiya komandanlığının bunkerini vuraraq Rusiya Federasiyasının 81-ci özüyeriyən artilleriya alayının qərargahını məhv edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Forbes” yazır. Zərbə nəticəsində komandanlığın 30-a yaxın hərbçisi həlak olub. Zərbədən sonra Ukraynaya məxsus pilotsuz uçan aparat dağıntıları əllə təmizləməyə çalışan sağ qalanları qeydə alıb. “Belə zərbələr düşmən qüvvələrini aydın nəzarətdən məhrum edir, həmçinin şəxsi heyəti əhəmiyyətli dərəcədə ruhdan salır. Bizim adalara eniş ola bilməz”, – ukraynalı bloqer “Sonyaşnik” qeyd edib.

 

Qeyd edək ki, bu, artıq Ukrayna təyyarələrinin son günlər bölgədəki Rusiya bunkerlərinə ikinci zərbəsidir. Martın 31-də MiQ-29 Rusiya komandanlıq qrupunun istifadə etdiyi keçmiş sovet bunkerinə ABŞ GBU-62 zərbəsi endirib.

Tacxeber.com

Oxşar xəbərlər

Gecə gizlicə xoşuna gəldiyi qonşu qadının evinə girdi – Kabus yaşadı / FOTOLAR

redaktor

Rusiya heç kəsi nüvə silahı ilə hədələmir – Ryabkov

redaktor

Nobel mükafatçısı vəfat etdi

redaktor