16 C
Bakı
26 Sentyabr 2025 03:34
Dünya

Rusiya qoşunları “Şahed” kamikadze təyyarələri ilə Kiyevə hücum edib: dağıntı və tələfat var

Rusiya qoşunları Kiyevə “Şahed” kamikadze təyyarələri ilə hücum edib. Nəticədə mülki infrastruktur dağıdılıb.

 

Aprelin 10-da gecə yarısına bir dəqiqə qalmış məlum olub ki, Ukraynanın paytaxtında hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir. “Darnitski rayonunda PUA qalıqlarının düşməsi nəticəsində şəxsi bina dağılıb. Bir nəfər dağıntılar altında qalıb. Hadisə yerinə xilasedicilər göndərilib”, – Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko yazıb.

 

Kiyevin Qoloseyevski rayonunda da PUA-nın qalıqları anbarın ərazisinə düşüb və yanğın baş verib, – şəhər meri Vitali Kliçko bildirib. Dronların hücum təhlükəsi ilə əlaqədar aprelin 9-da saat 23:34-də Kiyevdə hava hücumu həyəcanı elan edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Bayden “Qara cümə” bazarlığında kitab aldı.

admin

Husilər İsrail Müdafiə Nazirliyini ballistik raketlə vurub – Yəhya Seri

redaktor

8 noyabrda Bakı və Şuşada yürüşlər keçiriləcək

redaktor