29 C
Bakı
18 Avqust 2026 17:31
DünyaİdmanVideo

Avropa çempionatının mükafatlandırması zamanı QALMAQAL – Video

Mükafatlandırmada rəzalət, Xetaq Qazyumov da etiraz etdi - Video

 

Slovakiyanın paytaxtı Bratislavada keçirilən sərbəst güləş üzrə Avropa çempionatının mükafatlandırma mərasimi zamanı qalmaqal yaşanıb.

 

Hadisə Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvilinin iştirakı ilə baş verib.

Rusiya idmançıları bu yarışda neytral statusda iştirak edirlər.

 

Məlumata görə, insident Mamiaşvili ilə 74 kq çəki dərəcəsində Albaniya yığmasını təmsil edən osetin əsilli güləşçi Çermen Valiyev arasında olub.

Mənbənin məlumatına görə, Valiyevin məşqçisi Kaxaber Dzukayev bildirib ki, mükafatlandırma zamanı Mamiaşvili Valiyevə “satqın” deyərək onu açıq şəkildə təhqir edib. O, qızıl medalı hirslə idmançının boynuna taxıb.

 

Buna cavab olaraq Valiyev Mamiaşvilinin əlini itələyib.

Hadisənin şahidlərindən biri Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov olub. O, Rusiya nümayəndəsinin davranışından hiddətlənərək mübahisəyə qoşulub. Şahidlərin sözlərinə görə, qalmaqal “səhnə arxasında” da davam edib.

 

Qeyd edək ki, 74 kq çəki dərəcəsinin finalında Çermen Valyev məhz Rusiya təmsilçisi Zaurbek Sidakova qalib gələrək Avropa çempionu adını qazanıb. (Qol.az)

 

Oxşar xəbərlər

Çox pis qonşu…

redaktor

Şovinizmin dili Rusiyada “pandoranın qutusu”nu açdı

redaktor

Rusiya Xəzər dənizi vasitəsilə İranı silahlandırmağa başlayıb

redaktor