16 C
Bakı
27 Sentyabr 2025 06:00
Dünya

Deportasiya qərarından sonra ABŞ-ı tərk etməyənlər gündə 998 dollar cərimələnəcək və…

ABŞ prezidenti Donald Tramp deportasiya qərarından sonra ölkəni tərk etmədikləri təqdirdə miqrantları gündə 998 dollar cərimələməyi planlaşdırır.

 

Tacxeber.com bildirir ki, bu barədə “Reuters” xəbər verir. ABŞ-ı tərk etmək istəməyənlərin əmlakları müsadirə da olunacaq. Adının açıqlanmasını istəməyən yüksək səviyyəli mənbənin sözlərinə görə, Tramp administrasiyası sanksiyaları beş ilə qədər geriyə tətbiq etməyi planlaşdırır. Bu, bir milyon dollardan çox cərimə ilə nəticələnə bilər.

 

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, qanun miqrantları qorxutmaq üçün daha çox lazımdır. Məhdudiyyətlər 1996-cı ildə qəbul edilmiş qanundan irəli gəlir. Tramp 2018-ci ildə ilk səlahiyyət müddətində kilsələrə sığınan doqquz miqrantı yüz minlərlə dollar cərimələmək üçün onlardan istifadə edib. Növbəti prezident Co Bayden bu siyasətə son qoymuşdu.

Tacxeber.com

Oxşar xəbərlər

Kadırovun 15 yaşlı oğluna ard-arda mükafat verilir: Kremldən reaksiya gəldi

redaktor

“Putinin vəziyyəti pisdir, o, ağıl zəifliyindən əziyyət çəkir” – “Newsweek”

admin

ABŞ və Çin qırıcıları havada qarşılaşdı: İnanılmaz görüntülər – VİDEO

redaktor