12 C
Bakı
29 Mart 2026 19:11
Dünya

“Bizim heç kimin bilmədiyi silahlarımız var”

“ABŞ çox güclüdür. Bizim heç kimin nə olduğunu bilmədiyi silahlarımız var”.

Tacxeber.comxarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

 

“Ticarət müharibəsindən kənarda eskalasiyadan narahatsınızmı?” sualına o, belə cavab verib: “Biz çox güclüyük. Bu ölkə çox güclüdür. İnsanların düşündüyündən daha güclüdür. Bizim silahlarımız var ki, onların nə olduğunu heç kim bilmir və onlar dünyanın ən güclü silahlarıdır, hamıdan güclüdür. Ona görə də heç kim bunu etməyəcək. Tariflərin dayandırılmasının bazarlara belə təsir edəcəyini bilmirdim. Bu gün bazarlar çox gözəl gün keçirdi”.

 

Qeyd edək ki, D. Tramp ötən gün Çindən gələn mallara rüsumları 125 faizə qaldırdığını, bir sıra ölkələrə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını isə 90 gün müddətə dayandırdığını açıqlayıb. ABŞ fond bazarları Trampın bu qərarlarından sonra 10 dəqiqə ərzində 4 trilyon dollar dəyər qazanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Almaniyada faciəni törədən Səudiyyə Ərəbistanı vətəndaşıdır

admin

Bu məktub Pekin-Vaşinqton münasibətlərini daha da gərginləşdirəcək

admin

İrandakı rejim müharibədın sağ çixa bilsə, Əfqanıstandan aldığı zərbəyə görə “Taliban”dan hesab istəyəcək.

admin