24 C
Bakı
24 İyun 2025 20:20
Dünya

Tramp: “Yeni tariflər ABŞ-a gündə 2 milyard dollar gəlir gətirir”

ABŞ-ın idxal olunan mallara tətbiq etdiyi tariflər ölkəyə gündəlik 2 milyard dollar gəlir gətirir.

Tacxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

Prezident bildirib ki, Vaşinqton öz mallarını ABŞ-a ixrac etmək istəyən 70-dən çox ölkə ilə danışıqlar aparır.

“Problem odur ki, biz bu qədər ölkəni tez bir zamanda qəbul edə bilmirik, lakin buna ehtiyac da yoxdur. Çünki tariflər işləyir və ölkəyə daha əvvəl görmədiyimiz səviyyədə pul axır”, – deyə Tramp əlavə edib.

ABŞ Prezidenti bir çox ölkənin Vaşinqtonla ticarət müqaviləsi bağlamaq istədiyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

TikTok-da yeni məhdudiyyətlər olacaq

redaktor

“Mən zarafat eləmirəm, bunu Ərdoğana çatdırın” – Putin

redaktor

Güney Azərbaycanda qələbə şənlikləri keçirilir

redaktor