Dünya

Rusiyada 1-dən çox övladı olanlara ailə vergisi ödənəcək

Gələn ildən Rusiyada iki və ya daha çox övladı olan valideynlər üçün ailə vergisi ödənişi qüvvəyə minəcək.

Tacxeber.comxəbər verir ki, bu barədə Rusiya Əmək Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, hər iki valideyn ödənişi ala biləcək.

Hökumətin təsdiq etdiyi qərar 2036-cı ilə qədər ailə-demoqrafik siyasətin həyata keçirilməsi və çoxuşaqlı ailələrə dəstək üzrə Fəaliyyət Strategiyasının tədbirlərindən biridir.

Baş nazirin müavini Tatyana Qolikovanın sözlərinə görə, strategiya hazırlanarkən mövcud demoqrafik vəziyyətin xüsusiyyətləri nəzərə alınıb, analıq kapitalı demoqrafik siyasətin əsas alətlərindən biri olaraq qalacaq.

İlin əvvəlində Rusiyada doğum səviyyəsi ölkənin müasir tarixində ən aşağı göstəricilərdən biri olan 2000-ci ilin rəqəmlərinə yaxınlaşıb.

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan: Ermənilər və Azərbaycanlılar “ən yaxşı sülhməramlılar”a çevriliblər

redaktor

Ukraynanın keçmiş müdafiə naziri: Kiyev müharibəni yavaş-yavaş uduzur

redaktor

Koçaryan prezident olarkən dövlətə məxsus qiymətli əmlakları bazar qiymətindən xeyli aşağı qiymətə özünküləşdirib

admin