21 C
Bakı
14 Avqust 2025 06:53
CəmiyyətHadisə

Rəbiyyə Məmmədova Sahibkarlığın İnkişaf Fondunun binası qarşısında oturaq aksiya edir.

Sosial sahibkar Rəbiyyə Məmmədova Sahibkarlığın İnkişaf Fondunun binası qarşısında oturaq aksiya edir.

 

O, sosial təşəbbüsü üçün kredit ayrılmamasından şikayətçidir.

“Sahibkarlıq İnkişaf fondunun qarşısında oturaq aksiya edirəm, bəlkə mənim səsim eşidirlər. 3 aya yaxındır, mənasız bürokratiya ilə mübarizə aparıram”, o sosial şəbəkə hesabında yazıb.

 

Məmmədova deyir ki, söhbət 15000 manatlıq kreditdən gedir və onlar bu məbləği faizi ilə geri qaytaracaqlar, lakin kredit verilmir.

Rəbiyyə Məmmədova 2022-ci ildə yaratdığı “Sapla” adlı sosial təşəbbüsünün fəaliyyətinin davam etdirilməsinə əngəllər yaradıldığını deyir.

O bir neçə gün əvvəl bununla bağlı prezident İlham Əliyevə də müraciət ünvanlayıb.

 

 

Tacxeber.com

Oxşar xəbərlər

Məzahir Pənahov: Səyyar seçki qutuları təşkil ediləcək

redaktor

Uşaqlarda nitq ləngiməsi halı niyə artıb? Psixoloqdan valideynlərə CAĞIRIŞ

redaktor

“Turan Tovuz”dan “Qarabağ”a şok.

admin