30 C
Bakı
10 Avqust 2025 18:44
CəmiyyətHadisə

“Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirovun şəhid atasının məzarı tapılıb – Şəkillər

Qarabağda tanınmış futbolçumuzun şəhid atasının məzarı tapıldı - Şəkillər

Azərbaycan milli komandasının və “Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirovun atasının məzarı tapılıb.

 

Məzar Ağdam rayonununda yerləşir.  Ermənistanın işğalı zamanı onminlərlə azərbaycanlının qəbri kimi Vüqar Nadirovun atası Ərşad Nadirovun da qəbri dağılıb və Ağdam azad olunduqdan təxminən 4 il yarım sonra çətinliklə aşkarlanıb.

 

Ərşad Nadirov birinci Qarabağ müharibəsinin qəhrəman döyüşçülərindən idi. “General Ərşad” ləqəbli Nadirov 1993-cü ilin iyulun 22-də, 43 yaşında şəhid olub və Ağdam rayonunda dəfn edilib.

Hazırda “Şəmkir” komandasının baş məşçqisi olan V.Nadirov dünən işğaldan azad Ağdam rayonuna səfəri zamanı atasının tapılan məzarına baş çəkib. Şəkillərdən görünür ki, Ə.Nadirovun da qəbri dağıdılıb.

 

Qeyd edək ki, Ərşad Nadirov  “Qarabağ” Futbol Klubunun prezidenti olmuş Adil Nadirovun qardaşıdır.

 

Tacxeber.com

Oxşar xəbərlər

AFFA Şenol Günəşlə danışıqlara başladı

admin

Kibertəhlükəsizlik məqsədi ilə bu parolları telefonda istifadə etməyin.

admin

MKT rəisi 104 min manatlıq yeyintidə ittiham olunur

redaktor