16 C
Bakı
27 Sentyabr 2025 00:06
Dünya

Müharibə olarsa Rusiya İrana hərbi dəstək verəcəkmi? – Kremldən açıqlama

İranla ABŞ arasında müharibə ssenarisi bütün region üçün dəhşətli nəticələrə gətirib çıxara bilər.

 

Tacxeber.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Dövlət Dumasında etdiyi çıxışı zamanı deyib.

 

“Biz Rusiyanın yeni bir məsələnin həlli prosesinə sürüklənməsini istəmirik. Ancaq belə bir ehtimal hələ də mövcuddur. Bununla bağlı hökumətimiz lazım olanı edəcək”, – o, İranla imzalanan hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinə uyğun olaraq müharibə ssenarisi reallaşarsa, Moskva Tehrana hərbi dəstək verib-verməycəyi ilə bağlı verilən sualı şərh edərkən  deyib.

 

O eyni zamanda əlavə edib ki, müqavilədə İranla hərbi ittifaq və ya qarşılıqlı hərbi yardım nəzərdə tutulmur: “Bununla belə, müqavilədə belə bir bənd var ki, Rusiya və İran təcavüzkar ölkəyə hücuma məruz qalacağı təqdirdə ona hərbi dəstək verməyəcək. Ona görə də belə bir ssenarinin olacağı təqdirdə Rusiya İrana hərbi dəstək verməyə borclu deyil”.

 

Bununla belə, Rudenko bildirib ki, Moskva danışıqlarda ABŞ və İrana dəstək verməyə hazırdır.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya bunu etsə, NATO Moskvaya girəcək

admin

Azərbaycan BMT-də HƏMAS-dan azad Fələstin hökumətinin yaradılmasına səs verib

redaktor

Ukraynalılar bütün cəbhələrdə Avropa İttifaqından dəstək alacaqlar”

redaktor