Dünya

Donald Trampdan xarici ölkə başçıları haqqında şok sözlər: – “arxamı” belə öpməyə hazırdırlar

ABŞ prezidenti Donald Tramp bildirib ki, xarici liderlər onu tarifləri dayandırmağa inandırmaq üçün ona zəng edir və yaltaqlanır.

 

CNN-in məlumatına görə, Milli Respublikaçılar Konqresinin Komitəsinin (NRCC) Vaşinqtonda keçirilən prezident şam yeməyində o, başqa ölkələrin nümayəndələrinin razılığa gəlmək üçün hətta onun “arxasını öpməyə hazır olduğunu” deyib: “Sizə deyirəm, bu ölkələr bizə zəng edir, arxamı öpürlər. Razılığa gəlmək istəyirlər: Zəhmət olmasa, əfəndim, bir sövdələşmə edək… Mən nə lazımdırsa, edəcəm, ser” – Tramp bildirib.

 

Eyni zamanda, tariflərlə bağlı tənqidlərə cavab verən Tramp bildirib ki, ABŞ onlardan hər gün təxminən 2 milyard dollar qazanır. “Biz gündəlik tariflərdən demək olar ki, 2 milyard dollar qazanırıq… Və biz fərdi sövdələşmələr adlandırdığımız şeyləri etməkdə çox yaxşıyıq… Amerika tezliklə yenidən çox zəngin olacaq”, – Ağ ev lideri deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Tehranın tərəfdaşı Dehli niyə İsrail-İran müharibəsində neytral mövqeyə üstünlük verir?

admin

Paşinyan Rusiyadan qayıdan kimi hökuməti topladı: MƏXFİ MÜZAKİRƏ

redaktor

Rusiya dronları Polşaya hücum etdi, NATO isə susur.

admin