CəmiyyətHadisəŞikayət

Bitki tərkibli yağı nehrə yağı adı ilə satırmış…

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaxılabilən və qatı yağ məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində iki istehsalçıya məxsus iki məhsulda uyğunsuzluqlar aşkarlanıb.

 

Bu barədə AQTA-a məlumat verib.

 

Bildirilib ki, bitki tərkibli spred yağlarının sellofanda qablaşdırılaraq nehrə yağı təəssüratı yaratmaqla istehlakçıların aldadıldığı müəyyən edilib.

Bundan başqa “Krestyanskoye” əmtəə nişanlı spred yağında koliform bakteriyalar, kif və maya göbələkləri aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, istehsalçılar inzibati məsuliyyətə cəlb olunub, uyğunsuzluq müəyyən edilmiş məhsulların satışının qadağan edilməsi və ticarət obyektlərindən geri çağırılması barədə qərar qəbul edilib. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

“İki-üç müğənni var ki, narkotik aludəçisidir, adlarını deyəcəm”

redaktor

Yer süfrəsində yeməyin bilmədiyiniz FAYDALARI

admin

“Rəşadət” ordeni nədir? – Aydan Rəhimli ona layiq görülən ilk qadın oldu

redaktor