Şou

Ancelina Coliyə nə olub? — Uşaqları onun səhhətindən narahatdır

Hollivud ulduzu Ancelina Coli son vaxtlar kəskin arıqlaması ilə gündəmə gəlib.

Tacxeber.com xəbər verir ki, 2024-cü ilin yayında baş rolda çəkildiyi “Mariya” filmindəki zahiri görünüşü pərəstişkarlarını qorxuya salıb.

Aktrisanın uşaqları isə onun səhhəti ilə bağlı ciddi narahatlıq keçirir və anoreksiyanın yenidən qayıtmasından ehtiyatlanırlar.

Mənbələrin “RadarOnline.com” saytına verdiyi məlumata görə, Colinin uşaqları anasının qidalanmasına diqqətlə nəzarət edir. Onlar birgə market alış-verişinə çıxır, onu qənnadı məhsulları ilə şirnikləndirir və hər axşam ev yeməkləri bişirərək, aktrisanı çəki yığmağa təşviq edirlər.

“Onun ayaq biləkləri incə budaqlara bənzəyir, hələ də çox arıq görünür. Amma uşaqlarının diqqətli nəzarəti sayəsində indi bir az daha çox yeyir”, – deyə mənbə bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Məsciddə yarıçılpaq poza verən məşhur aparıcı paylaşımı sildi – FOTO

admin

Faiq Ağayevə SƏRT QADAĞA – Tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək

redaktor

Rövşanə Ağasəfqızı: “Qızım ürəyi istədiyini geyinir, geyimlərinə qarışmıram” – VİDEO

redaktor