Cəmiyyət

İctimai fəal cinayət məsuliyyətinə CƏLB OLUNDU

İctimai fəal Anar Abdulla araşdırmaya cəlb olunub.

 

Tacxeber.com Qafqazinfo-ya istinadən xəbər verir ki, o, hüquq müdafiəçisi Anar Məmmədlinin cinayət işi üzrə aparılan istintaq araşdırmalarına cəlb olunub.

 

A.Abdullaya qarşı Cinayət Məcəlləsinin yeddi maddəsi (qaçaqmalçılıq, qanunsuz sahibkarlıq vergidən yayınma və.s) ilə ittiham irəli sürülüb. O, həbs olunmayıb. Bakı Şəhər Baş Polis İdarəsinin qərarı ilə fəal barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

 

Qeyd edək ki, Anar Məmmədli bir müddət əvvəl qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanı sümürənlərdən biri Mixail Zabelin nə işə yarayır?

admin

Yaddaş pozğunluğu olan xəstələrə sosial xidmətlər GÖSTƏRİLƏCƏK

redaktor

İdarəçilik şou ilə deyil, məsuliyyətlə ölçülür.

redaktor