Cəmiyyət

Ərini baltalayan üç uşaq anası azadlığa BURAXILDI – Keçən il həbs olunmuşdu

Ərini baltalamaqda təqsirli bilinərək 1 il əvvəl 9 il həbs cəzası alan Lalə İmaşova azadlığa buraxılıb.

 

Tacxeber.comQafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə 20 saylı vəkil bürosu məlumat yayıb.

 

Sabunçu Rayon Məhkəməsi Lalənin üç azyaşlı uşaq anası olmasını nəzərə alaraq belə qərar qəbul edib.

 

Xanım müttəhimin qalan həbsi şərti cəza ilə əvəzlənib. O, cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

 

İttihama görə 30 yaşlı Lalə mübahisə zəminində ərinin başına balta ilə zərbə endirmişdi. O, hökmə qədər azadlıqda idi.

 

Bakı Ağır Cinayətlər Məhkəməsi son iclasda Laləni ərini qəsdən öldürməyə cəhd etməkdə təqsirli bilib. Hökmə əsasən o, 9 il azadlıqdan məhrum edilərək, məhkəmə zalında həbs edilib.

Amma yuxarı instansiyalar cəzanı həddən artıq ağır hesab edib. Bakı Apellyasiya Məhkəməsi cəza müddətini 7 ilə, Ali Məhkəmə 4 ilə endirib.

Tacxeber.com

Oxşar xəbərlər

FHN əhaliyə xəbərdarlıq etdi

redaktor

Deputat Siyavuş Novruzov iddia edib ki, Azərbaycanda 605 bələdiyyə var – Yalan deyir

admin

“Duz-çörək kəsdiyiniz insanlara şər atırsınız” – Qalmaqal

admin