12 C
Bakı
29 Mart 2026 00:36
Dünya

Donald Trampın ardınca NATO-nun baş katibi Mark Rutte də Rusiyanı “tanqo”ya dəvət etdi

Rusiya Ukraynada sülhə nail olmaq üçün “tanqo oynamalıdır”. Bu barədə NATO-nun baş katibi Mark Rutte CBS telekanalına müsahibəsində bildirib. Lakin o, Kiyevin tanqo rəqsi edib-etmədiyini dəqiqləşdirməyib. Baş katib əmindir ki, “top indi rusların meydanındadır”.

 

Ruttenin sözləri Rusiyanın köməyi olmadan hərbi əməliyyatların dayandırılmasına nail olmaq cəhdinin mümkünsüzlüyünü nəzərdə tutur. Şimali Atlantika Alyansının baş katibinin sözlərinə görə, hərbi təmas xətti “səhv istiqamətdə hərəkət edir”.

 

Qeyd edək ki, “Tanqo” ilə bağlı ifadəni Amerika lideri Donald Tramp martın əvvəlində deyib. O qeyd edib ki, Rusiya Ukrayna münaqişəsini həll etmək üçün razılığa gəlməyə çalışır, lakin “tanqoya iki nəfər lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Baydenin qəbul etdiyi 78 sənədi ləğv edib

redaktor

Kelloqun qızı Putinə verilən şərəfdən qəzəbləndi

redaktor

Kreml Bakıya görə Kadırovu qurban verir?

admin