25 C
Bakı
25 Sentyabr 2025 14:53
CəmiyyətGündəm

Sabiq gömrük şefləri Aydın Əliyev və Səfər Mehtiyevin Azərbaycandan çıxardığı milyonların izi ilə…

2023-cü ildə ləğv edilən “Gilan Holdinq”i kimlər necə dirildib?

 

Gömrük Komitəsinin sabiq sədrləri Aydın Əliyev və Səfər Mehtiyevin vəzifədə olduqları dönəmdə milyonlarla manat vəsaiti ölkəmizdən kənara çıxardıqları, bu pullar hesabına xaricdə, xüsusilə də Türkiyədə özlərinə nəhəng biznes qurduqları ölkə mediasının zaman-zaman gündəmə gətirdiyi həqiqətlərdir. Aydın Əliyevin sədrliyi dönəmində Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi işləyən Vüsal Novruzovun da ölkədən “pulçıxarma kampaniyası”nda aktiv iştirak etdiyi heç kimə sirr deyil.

 

Bugünlərdə sabiq gömrük şefləri və onların xaricdəki biznesi ilə bağlı yeni məlumatlar meydana çıxıb. Məlum olub ki, 30- avqust 2023-cü ildə ləğv edilən, fəaliyyətinə xitam verilən Gilan Holdiq, keçmiş gömrük şefləri tərəfindən yenidən “xorladılıb”. Belə ki, keçmiş gömrükçülər Gilan Holdinqin adını dəyişərək onun yeni adla Türkiyədə fəaliyyətini təmin ediblər.

 

Aydın Əliyev, Səfər Mehtiyev və Vüsal Novruzov üçlüyü Türkiyənin Antalya şəhərindəki turizm və səhiyyə sektoruna da böyük vəsaitlər ayırıb, böyük mülklər və obyektlər əldə edib. (Gundemxeber.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Prezidentliyə namizəd olmaq istəyən Əkrəm İmamoğlunun universitet diplomu ləğv edilib.

admin

Müdafiə Nazirliyinin generalı həbs edildi – YENİLƏNİB

redaktor

Sağlamlıq haqqında arayışın verilməsi zamanı rüşvət tələb edilir? – AÇIQLAMA

redaktor