20 C
Bakı
23 İyun 2025 06:57
DünyaMuharibəSiyasət

ABŞ-ın İrana hücumu ilə bağlı İran qonşularını xəbərdar etdi.

ABŞ Prezidenti Donald Trampın hədəsi fonunda Ali Rəhbəri ayətullah Əli Xameneinin tapşırığı ilə İran Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

 

Bu barədə “Reuters“ adı açıqlanmayan iranlı məmura istinadən məlumat yayıb.

 

Bildirilib ki, Tehran Bəhreyn, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə xəbərdarlıq edib ki, bu ölkələrdən hər hansı biri istiqamətindən İrana mümkün hücum düşmənçilik aktı kimi qəbul olunacaq və bunun həmin ölkələr üçün ciddi nəticələri olacaq.

 

Xatırladaq ki, martın 7-də Donald Tramp Əli Xameneiyə nüvə proqramı ilə bağlı danışıqların aparılması üçün məktub göndərdiyini açıqlayıb. Tehran Vaşinqtonla birbaşa danışıqlardan imtina edib, Oman kimi vasitəçilər üzərindən dolayı danışıqları məqbul sayıb. ABŞ Prezidenti isə nüvə proqramı ilə bağlı müzakirələr nəticə verməzsə, İrana əlavə tariflər tətbiq olunacağını, bu ölkənin misli görünməmiş şəkildə bombalanacağını bəyan edib.  (APA)

 

Tacxeber.com

Oxşar xəbərlər

Professor: “Prezident hər zaman Xalq Cümhuriyyətini qiymətləndirir, niyə qaşınmayan yerdən qan çıxarırlar?”

redaktor

Bakıya gözlənilməz səfər: “Tramp Azərbaycanı seçdi”

redaktor

“Sülhməramlıların yerləşdirilməsindən 5 il keçməyib” – Lavrovun müavini

redaktor