32 C
Bakı
12 Avqust 2025 15:33
Dünya

Trampa qarşı impiçment prosesini başladacaq

ABŞ Nümayəndələr Palatasının demokrat üzvü El Qrin növbəti 30 gün ərzində ABŞ Prezidenti Donald Trampın impiçment prosesini başladacağını elan edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “The Hill” nəşri siyasətçidən sitat gətirib.

 

“Bizə onu bu dəfə məhkum edəcək senat lazımdır və mən istəyirəm biləsiniz ki, onun Calut olduğunu ürəkdən anlayıram. O, Calutdur. O, Respublikaçılar Partiyasını, ordudakı generalları və Ədliyyə Nazirliyini nəzarətdə saxlayır. Amma, dostlar, hər Caluta qarşı bir Davud tapılar. Mən istəyirəm biləsiniz, cənab prezident, bu Davud növbəti 30 gün ərzində sizə qarşı impiçment işi başladacaq. Növbəti 30 gün ərzində mən impiçment işini təqdim edəcəyəm”, – Qrin Kolumbiya dairəsindəki mitinqdə nümayişçilərə müraciət edərkən bildirib.

 

Onun sözlərinə görə, Trampa ədalət və xalqın idarə edilməsi məsələlərində etibar etmək olmaz.

 

Xatırladaq ki, fevralın 5-də El Qrin Nümayəndələr Palatasındakı çıxışında baş komandanın ABŞ-nin Qəzza zolağını nəzarətə götürməsini təklif etdikdən sonra Trampa qarşı impiçment irəli sürəcəyini açıqlamışdı. Onun sözlərinə görə, “Qəzzada ədalətsizlik ABŞ-də ədalətə təhdiddir”.

Tacxeber.com

Oxşar xəbərlər

MKİ-nin müharibəni bitirmək planı: Ukrayna 20 faizini itirir, əvəzində…

admin

Netanyahunun oğlu cəbhəyə göndərilib

redaktor

Ukrayna Rusiyanın strateji aviasiyasını məhv etdi: Dronlar bazaların içindən havaya qalxdı, tarixə düşən əməliyyat – VİDEO

redaktor