4 C
Bakı
26 Dekabr 2025 09:43
Dünya

İran ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkənin Silahlı Qüvvələrinin tam döyüş hazırlığına gətirilməsinə göstəriş verib.

 

“Report” “Reuters” agantliyinə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan yüksək rütbəli İran rəsmisi bildirib.

 

Qeyd olunub ki, qərar ABŞ-dən gələn təhdidlər fonunda qəbul edilib.

 

Xatırladaq ki, aprelin 2-də İran hakimiyyəti hava məkanını bağlamaq və Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirmək qərarına gəlib. Müvafiq qərarlar ABŞ-nin təhdidləri və həm İsrail, həm də ABŞ qüvvələrinin regionda fəallığının artması ilə bağlı qəbul edilib.

 

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə birbaşa danışıqları mənasız hesab etdiyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Kubokun finalında qanlı döyüş: Azarkeşlər aləmi bir-birinə qatdı – FOTOLAR/VİDEO

admin

İrandakı partlayışlarda ABŞ və İsrailin əli yoxdur

redaktor

Lavrovdan gözlənilməz təhqir: “Zelenski əlbəttə ki, uşaqdır, amma bizim uşağımız…”

redaktor