19 C
Bakı
26 Sentyabr 2025 20:51
DünyaSiyasət

Çubays Putinə müraciət etdi: Sizi məhv edəcəklər

Mülkləri və pullarına həbs qoyulmasından sonra rusiyalı oliqarx, “Rosnano” korporasiyasının keçmiş rəhbəri Anatoli Çubays Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

 

“Rusiyada vəziyyət getdikcə pisləşir, genişmiqyaslı böhran yaxınlaşır, Ukrayna məsələsi ilə bağlı danışıqlar zəif gedir, sanksiyalar ləğv edilmir. Bunun qəzəbini kimdən çıxarmaq olar? Əlbəttə, Çubaysdan. Vladimir Vladimiroviç, şəxsən sizdən incimirəm. Ancaq bir neçə müşavirinizdən, habelə hökumətdəki və Kremldəki təxribatçılardan qurtulmasanız, sizi və bütün Rusiyanı məhv edəcəklər”, – Çubays bildirib.

 

Çubays müraciətində həmin şəxslərin adlarını açıqlamasa da, bildirib ki, onlar Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanı istefaya göndərmək istəyirlər.

 

Qeyd edək ki, “Rosnano”nun şikayəti əsasında Rusiyada Anatoli Çubaysın mülkləri və pullarına həbs qoyulub.

Tacxeber.com

Oxşar xəbərlər

İlqar Mustafayev bu şəxslərlə əlbir imiş – 12 milyonluq cinayət

redaktor

Osman Kazımov Gültəkin Hacıbəyliyə cavab verdi: “Qoz-fındıqsız qalarsınız…”

redaktor

Güneyli gəncə həbsxanada işgəncə verilir

redaktor