29 C
Bakı
14 Avqust 2025 19:38
DünyaSiyasət

Çubays Putinə müraciət etdi: Sizi məhv edəcəklər

Mülkləri və pullarına həbs qoyulmasından sonra rusiyalı oliqarx, “Rosnano” korporasiyasının keçmiş rəhbəri Anatoli Çubays Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

 

“Rusiyada vəziyyət getdikcə pisləşir, genişmiqyaslı böhran yaxınlaşır, Ukrayna məsələsi ilə bağlı danışıqlar zəif gedir, sanksiyalar ləğv edilmir. Bunun qəzəbini kimdən çıxarmaq olar? Əlbəttə, Çubaysdan. Vladimir Vladimiroviç, şəxsən sizdən incimirəm. Ancaq bir neçə müşavirinizdən, habelə hökumətdəki və Kremldəki təxribatçılardan qurtulmasanız, sizi və bütün Rusiyanı məhv edəcəklər”, – Çubays bildirib.

 

Çubays müraciətində həmin şəxslərin adlarını açıqlamasa da, bildirib ki, onlar Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanı istefaya göndərmək istəyirlər.

 

Qeyd edək ki, “Rosnano”nun şikayəti əsasında Rusiyada Anatoli Çubaysın mülkləri və pullarına həbs qoyulub.

Tacxeber.com

Oxşar xəbərlər

Xanımım müharibə vaxtı buna görə qərargahda idi, oğlumun isə…” – Paşinyan HESABAT VERDİ

redaktor

Putin Paşinyanı niyə öz avtomobilinə mindirdi ?

admin

“Boz qurd”ların liderinin oğlu AŞPA-nın vitse-prezidenti seçildi

redaktor