21 C
Bakı
12 Avqust 2025 08:21
Dünya

ABŞ-da Trampa qarşı etiraz dalğası başladı – FOTO/VİDEO

ABŞ-da Prezident Donald Trampa qarşı kütləvi etirazlar başlayıb.

Tacxeber.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Etirazçılar Trampın və Hökümət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın siyasətindən narazılıqlarını ifadə edirlər.

 

Məlumata görə, ölkənin 50 ştatında 1200-dən çox etiraz aksiyası keçirilib. Onlar hazırkı administrasiyanın üzvlərini tənqid edən şüarlar səsləndiriblər.

 

Qeyd olunub ki, etirazçıları xüsusilə prezidentin tətbiq etdiyi rüsumlar, Maskın göstərişi ilə ABŞ hökumət idarələrində aparılan ixtisarlar, Trampın Qəzza zolağındakı münaqişə və Ukraynadakı müharibə ilə bağlı siyasətləri hiddətləndirib.


Tacxeber.com

Oxşar xəbərlər

İsrailin müdafiə naziri aviasiya məzunlarına: “Ola bilsin, üç il sonra İrana hücumda iştirak etdiniz”

admin

Türkiyə yeni silah olan “UÇA”nın sınaqlarına başlayır

admin

Qərb koalisiyası Ukraynanı qorumağa hazırdır – Starmer

redaktor