21 C
Bakı
14 Avqust 2025 09:40
Dünya

Trampın başı dərddə: Qərarı ABŞ iqtisadiyyatını böhrana sürüklədi

ABŞ prezidenti Donald Trampın açıqladığı rüsumlar ABŞ iqtisadiyyatını böhrana sürükləyib.

Tacxeber.com xəbər verir ki,  Tramp 2 apreli “Amerikanın qurtulu günü” elan edərək dünya ölkələrinə tətbiq etdiyi tarif tətbiqi əks effekt verməkdədir.

 

Bu qərarın  ABŞ iqtisadiyyatına yaratdığı şok dalğaları davam edir. Yeni gömrük rüsumları ilk olaraq ABŞ fond bazarına ən böyük zərbəni vurub. Belə ki, ABŞ fond bazarı tarif elanından sonrakı gündə 2,85 trilyon dollar dəyər itirib.

ABŞ-ın ən böyük bankı JP Morgan bu il ABŞ və qlobal resessiya gözləntisini 40 faizdən 60 faizə qaldırıb və ABŞ iqtisadiyyatı üçün birbaşa resessiya proqnozlaşdırıb. “ABŞ iqtisadiyyatı bu il tənəzzül edəcək”, – Bankın açıqlamasında deyilir.

 

Trampın tarif hərəkətindən sonra FED ilk açıqlamasını verərək, infilyasiyanın sürətlənəcəyini bəyan edib. “Yüksək tariflər iqtisadiyyatımıza təsir göstərəcək və ehtimal ki, qarşıdakı rüblərdə inflyasiyanı artıracaq”, -FED sədri Pauel deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Putin: “Yaxşı, qoy Çaykovskisiz, Dostoyevskisiz, Tolstoysuz yaşasınlar, amma biz…”

redaktor

“Azərbaycan və Türkiyə ordusu birgə döyüşəcək” – RƏY

redaktor

Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU – FOTO

redaktor