19 C
Bakı
23 İyun 2025 23:56
Sağlamlıq

Toyuq dönərində ölüm saçan hiylə: Ağardıcı ilə əti ağardırlar!

Kəskin qoxu verən, tullantı halına gəlmiş toyuq ətləri bəzi dönər istehsalçıları tərəfindən istifadə olunur. Bu ətlər əvvəlcə ağardıcı vasitəsilə rəngsizləşdirilir, daha sonra yenidən bişirilib satışa çıxarılır.

 

Tacxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri qastroenteroloq Vedat Göral deyib.

 

Göral məsələni “adam öldürməyə cəhd” kimi qiymətləndirib.

 

O, vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, toyuq dönəri hər yerdə yeyilməməlidir. Ekspertin sözlərinə görə, bəzi yerlərdə köhnə, artıq bişirilmiş dönər parçaları yeni dönərin arasına əlavə edilir. Bu isə zəhərlənmə riskini daha da artırır.

 

Mütəxəssis onu da əlavə edib ki, toyuq dönərinin hazırlanma prosesi də çox önəmlidir. O, toyuq ətinin daxili hissəsinin ən azı 75°C-də bişirilməsinin vacibliyini vurğulayıb:

 

“Ətin bərabər şəkildə bişməsi və düzgün temperaturda hazırlanması zəhərlənmələrin qarşısını ala bilər”.

 

Xatırladaq ki, Türkiyənin Kocaeli vilayətində 648 nəfər toyuq dönərindən zəhərlənib. Onlardan əksəriyyəti müalicədən sonra evə buraxılıb, lakin 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisə ilə bağlı dönərxana işciləri saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Tacxeber.com

Oxşar xəbərlər

Bu şəxslərin xərçəngə tutulma riski daha yüksəkdir

redaktor

Gündə nə qədər tərəvəz yeməlisiz?

redaktor

ÜST indi də xərçəng xəstəliyi barədə həyəcan təbili çaldı: İldə 35 milyon…

redaktor