12 C
Bakı
28 Mart 2026 12:46
CəmiyyətGündəm

İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu – Fotolar

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu, “Efendiler Group” şirkətinin rəhbəri Ənvər Ənvərli (Vəliyev) sakinlərin razılığı olmadan Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbov küçəsinin Səməd bəy Mehmandarov küçəsinə çıxış hissəsində sakinlərin avtomobillərini park etməsini qadağan etdirib.

 

Tacxeber.com Demokrat.az-a istinadən xəbər verir ki, İcra başçısının oğlunun göstərişi ilə AYNA tərəfindən məhəllədaxili yola “dayanma, durma qadağandır” işarəsi qoydurub.

 

Sakinlərin narazılığına baxmayaraq, Ənvər Ənvərli bu addımı “Efendiler Group” şirkətinin ofisinə özünün rahat “giriş-çıxış” etməsi üçün atıb.

 

Sözügedən yol nişanının “Efendiler Group” şirkətinin müraciəti əsasında quraşdırılmasını Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də təsdiqləyib:

 

“Əfəndilər” MTK tərəfindən olunmuş rəsmi müraciətə əsasən, Ülvi Rəcəbov küçəsində AYNA-nın əməkdaşları tərəfindən təhlillər aparılıb.

 

Təhlillərin nəticələrinə əsasən, Ülvi Rəcəbov küçəsinin Səməd bəy Mehmandarov küçəsinə çıxış hissəsində parklanma səbəbindən qarşılıqlı hərəkətə maneə yarandığı müşahidə olunub. Belə ki, AYNA tərəfindən S.Mehmandarov küçəsində ödənişli parklanma məntəqləri təşkil olunmasına baxmayaraq, parklanmaya görə ödənişdən yayınan sürücülər həmin hissədə parklanma etməklə qarşılıqlı hərəkətə maneə yaradırlar”.

Tacxeber.com

Oxşar xəbərlər

Dövlət sığınacaqlarda olan 70-ə yaxın məktəbli uşağa maddi dəstək göstərmir.

admin

Rusiya müdafiə naziri Pentaqona təcili zəng etdi

admin

“Niyə hökumət bu vəziyyəti görmür, səbəbləri araşdırmır, niyə ət son 15 ildə 2,5 dəfə bahalaşıb?” – Natiq Cəfərli

admin