15 C
Bakı
24 Mart 2026 15:55
CəmiyyətGündəmHadisəQalmaqal

Dövlət qurumunda – rəisi ilə əməkdaş arasında dava-dalaş.

dovlet-qurumunda-dava

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin əməkdaşı həbs edilib.

 

Tacxeber.com “Qafqazinfo”ya istinadən məlumat verir ki, 1991-ci il təvəllüdlü Orxan Məmmədova aprelin 1-də rayon məhkəməsinin qərarı ilə 6 sutkalıq həbs verilib.

Şöbədə mütəxəssis vəzifəsində çalışan Orxan İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

 

İnzibati xəta haqqında protokol araşdırılarkən məlum olub ki, dövlət qurumunun Goranboy şöbəsinin rəisi Elxan Feyziyev Orxanın vəzifəsinin dəyişdirilməsi və otağının boşaldılmasına göstəriş verib. Bundan narazı qalan işçi şöbə rəisinin otağına gedərək məsələni aydınlaşdırmaq istəyib və vəzifəsinin dəyişdirilməsinə dair yazılı əmrin təqdim edilməsini tələb edib.

 

Bu zaman şöbə rəisi ilə əməkdaş arasında dava-dalaş düşüb. Davanı idarənin digər əməkdaşları rəisin otağına daxil olaraq sakitləşdiriblər.

Bundan sonra Orxan barəsində polisə şikayət edilib və onun cəzalandırılması tələb olunub.

 

Hadisə ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də mövqeyini öyrəndik. Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “Qafqazinfo”nun sorğusuna cavab olaraq faktı təsdiq etdi: “Baş vermiş hadisə ilə bağlı hazırda daxili araşdırma aparılır və araşdırmanın nəticəsində yekun qərar veriləcək”.

 

Tacxeber.com

 

Oxşar xəbərlər

“Gürcüstada Futbol Federasiyasında futbolçular çoxdur. Kaxa Kaladzenin mer olması bəlkə futbola diqqəti çoxaltdı”. – Qurban Qurbanov

admin

“MSK rəhbərliyi ölkədə bələdiyyələrin olduğunu yaddan çıxarıb” – Allahverdi Aydın

admin

Səlim Müslümov cənazə maşını sürən adamın adına şirkətlər YARADIBMIŞ

redaktor