24 C
Bakı
14 Avqust 2025 01:48
Cəmiyyət

Bakıda qəbiristanlıqdakı gəlinlik insanları qorxudur – VİDEO

Paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki sakinlər yaşadıqları ərazinin qəbiristanlıqla üz-üzə olmasından narazıdırlar. Qəsəbə sakinləri Zığ sürüşmə sahəsindən köçürüldüklərini və burada əvvəlcə şəraitin olmamasına baxmayaraq, əlacsızlıqdan razı olduqlarını bildirirlər. Lakin sonradan yaxınlıqda yerləşən qəbiristanlığın getdikcə genişlənməsi və evlərinə yaxınlaşması sakinləri narahat edib.

 

Onlar deyirlər ki, artıq yaşadıqları ərazi qəbiristanlığın sahəsinə çevrildiyindən, uşaqlar üçün oynamağa yer də yoxdur. Ümumilikdə isə qəbiristanlıqdan gələn insan səsləri də onlara pis təsir edir.

 

“Bizə əvvəllər dedilər ki, rus qəbiristanlığı var amma indi qəbiristanlığı genişləndirirlər və bizim həyətlərimizə yaxınlaşır. Orada bir cavan qız dəfn edilib. Qəbrin üzərinə gəlinlik atılıb. Məktəbdən gələn uşağım qəbirin üzərində ağ gəlinliyin hərəkət etdiyini görüb, qorxub. Evə qaçıb deyir mələk uçur. Əlindən tutub aparmışam ki, qızım bax paltardır. Bu ərazi bizi qorxudur, uşaqlar burada rahatlıqla oynaya bilmirlər”, – deyə sakinlərdən biri bildirib.

Ətraflı Xəzər TV-nin süjetində:

Tacxeber.com

Oxşar xəbərlər

“Zamanında çox işləmişəm, indi dincəlirəm” – Elmar Məmmədyarov

redaktor

“TikTok”dan VPN-lə istifadə edənlərə XƏBƏRDARLIQ EDİLDİ

redaktor

Kabinetində güllələnən icra başçısının qızı Şuşa məktəbinə direktor təyin edildi

redaktor