CəmiyyətHadisə

Tovuzda itkin düşüb Gəncədə tapılan məktəbli sığınacağa VERİLƏ BİLƏR

 

Tovuzda itkin düşən 13 yaşlı qız tapılıb. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.S.-nin yeri Gəncə şəhərində müəyyən edilərək Tovuz Rayonuna gətirilib.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, yeniyetmə az öncə ailəsinə təhvil verilib.

 

Tovuzda itkin düşən və bir gün sonra Gəncədə tapılan yeniyetmə reablitasiya keçməsi üçün müvəqqəti olaraq sığınacaqlardan birinə veriləcək.

 

Yeniyetmənin psixoloji durumu yerində olmadığı üçün ona psixoloji yardımlar da olunacaq. Artıq aidiyyəti qurumlar məlumatlandırılıb və məsələ nəzarətə götürülüb.

Xatırladaq ki, Tovuz rayonun Bozalqanlı kənd sakini, 2012-ci il təvəllüdlü A.Süleymanova aprelin 2-də axşam saat 18:00 radələrində oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə geri qayıtmayıb. İki gün idi onun axtarışları davam edirdi.

Tacxeber.com

 

Oxşar xəbərlər

Elnarə Qasımova və Nərgiz Absalamova yazır: Həbsxana rəisinin tutmadığı sözlər

admin

Şərqin Z nəsli dindən çıxacaq: qarşısıalınmaz proses başlayıb

redaktor

Hadisə dini ekstremizm motivlidirsə, bu, çox pis

redaktor