Avropa İttifaqının tənzimləyiciləri İlon Maska məxsus sosial media platforması olan X-a 1 milyard dollardan çox cərimə tətbiq etməyi düşünürlər.
Tacxeber.com “New York Times”a istinadla xəbər verir ki, Aİ və ABŞ arasında gərginliyi artıra biləcək sanksiyalar, sosial media şirkəti X-nin qeyri-qanuni məzmun və dezinformasiya ilə mübarizəyə yönəlmiş əsas qanunu pozduğu iddiası ilə hazırlanır.

