28 C
Bakı
13 Avqust 2025 18:48
Şou

Kəmalə “Diva” olmaq arzusunda: “Aygün Kazımova ilə yarışırdıq…”

Kəmalə Günəşli Aygün Kazımova ilə güclü rəqabət aparır. Divanı özünə rəqib seçən ifaçı demək olar ki, hər açıqlamasında bunu büruzə verir.

 

Tacxeber.com xəbər verir ki, “Rəngarəng” verilişində qalmaqallı açıqlamalar verən Kəmalə Günəşli eyni verilişdə növbəti dəfə diva ilə yarışdığını dilə gətirib:

 

“Ümumiyyətlə, sənətə gəlməyimdə də, geyim seçməyimdə də tək olmuşam. Mənə şərhlərdə deyirlər ki, sən elə müğənnilərdənsən ki, öz hesabına tanınmısan – heç kimlə duet oxumadan və dəstək almadan. Düzdür, dəyərli sənətkarlar Əlikram Bayramov, Əziz Habiloğlu ilə işləmişəm, Manaf Ağayevlə səhnə bölüşmüşəm. “Çini Çaydan” mahnısının icazəsinə görə Əflatun Qubadova təşəkkür edirəm. O da hər adama mahnı vermir. Dedi ki, “Kəmalə, onu sənə verirəm, bilirəm ki, bunun öhdəsindən gələcəksən.” Əflatun bəy böyük sənətkardır, o bilir ki, kim onun mahnısını necə oxuyacaq. Elə də oldu. Mən o mahnını oxudum, 18 milyon baxış topladı. “Röyada idim” mahnısı “YouTube”a yerləşdirildi. Aygün Kazımova ilə yarışırdıq – o, birinci yerdə idi, mən isə ikinci.”

Tacxeber.com

Oxşar xəbərlər

“Pulsuz kişi heç arvadına da lazım deyil” – “Bakı gözəli”/VİDEO

redaktor

Tacir Şahmalıoğlu ilə sevgili olan müğənni: “Eyni otaqda qalırdıq, söz vermişdi ki, evlənəcəyik…” – VİDEO

redaktor

Konsertdə Röyanın başına iş gəldi: Zədə aldı – Video

redaktor