24 C
Bakı
26 Sentyabr 2025 18:07
Cəmiyyətİdman

“Biz 11 futbolçuya və 3 hakimə qarşı oynadıq” – Berezutski

“Biz 11 futbolçuya və 3 hakimə qarşı oynadıq”.

 

Bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski oyunsonrası mətbuat konfransında deyib.

 

O, mətbuat konfransında bu gün Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk matçında səfərdə “Neftçi”yə qalib gəldikləri (2:1) matç haqda qısa danışıb.

 

Ümumiyyətlə, mətbuat konfransı çox qısa çəkib. Daha doğrusu, konfransı rusiyalı mütəxəsssin cəmi 4 cümləsindən ibarət olub. O, oyuna dair yalnız bunları bildirib:

 

“Uşaqlara afərin, yaxşı oyun göstərdilər. Biz futbolçuya və 3 hakimə qarşı oynadıq. Daha vacibi hakimlər bu gün VAR-ı unutmuşdular. Prinsipcə oyunla bağlı deyəcəyim budur, vəssalam”.

 

Bundan sonra V.Berezutski sağollaşaraq mətbuat konfransını jurnalistlərin sualları gözləmədən tərk edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ramiz Mehdiyev AMEA-nın siyahısına qaytarıldı

redaktor

Bakıda dəhşət: Tikinti şirkəti tərəfindən evi dağıdılan vətəndaşdan şok addım – VİDEO

redaktor

Sülh Sazişinin mətni haqda xəbərlər gəlir.

admin