25 C
Bakı
11 Avqust 2025 01:03
Cəmiyyətİdman

“Biz 11 futbolçuya və 3 hakimə qarşı oynadıq” – Berezutski

“Biz 11 futbolçuya və 3 hakimə qarşı oynadıq”.

 

Bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski oyunsonrası mətbuat konfransında deyib.

 

O, mətbuat konfransında bu gün Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk matçında səfərdə “Neftçi”yə qalib gəldikləri (2:1) matç haqda qısa danışıb.

 

Ümumiyyətlə, mətbuat konfransı çox qısa çəkib. Daha doğrusu, konfransı rusiyalı mütəxəsssin cəmi 4 cümləsindən ibarət olub. O, oyuna dair yalnız bunları bildirib:

 

“Uşaqlara afərin, yaxşı oyun göstərdilər. Biz futbolçuya və 3 hakimə qarşı oynadıq. Daha vacibi hakimlər bu gün VAR-ı unutmuşdular. Prinsipcə oyunla bağlı deyəcəyim budur, vəssalam”.

 

Bundan sonra V.Berezutski sağollaşaraq mətbuat konfransını jurnalistlərin sualları gözləmədən tərk edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Juninyo Fransa klubuna keçməsi haqda məlumatlara cavab verib.

admin

Santuş istefaya göndərilir – Onu kim əvəz edəcək? Qurban Qurbanov, yoxsa Rəşad Sadıqov?

redaktor

Həbsdə olan qadın jurnalistlər də Ülvi Həsənlinin müddətsiz aclıq aksiyasına qoşulurlar

admin